Türk lirəsi antirekordu yeniləyib


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə valyutası ucuzlaşmaqda davam edir, ticarət məlumatlarına əsasən, Mərkəzi Bankın məzənnəni endirməsindən sonra bazar ertəsi daha 6% ucuzlaşaraq dollar üçün 17,38 lirəyə düşüb.

 

Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata əsasən, türk valyutası bir dollar üçün əvvəlki bağlanış səviyyəsi olan 16,41 lirədən 17,38 lirəyə düşüb. Yanvar ayında bir dollar üçün 7,4 lirə məzənnəsi ilə ticarət edilən türk valyutası il ərzində 55%-dən çox ucuzlaşıb, son bir ayda isə 37% dəyər itirib.

 

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15%-dən 14%-ə endirmək qərarına gəlib.




Mənbə: RİA Oxunub: 703 dəfə; Tarix: 2021-12-20 11:09
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qazaxıstandakı hadisələr nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!