Çin ABŞ-ın sonuncu sanksiya təşəbbüsünə münasibət bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Ticarət Nazirliyi ölkənin milli təhlükəsizlik maraqlarına və ya xarici siyasətinə uyğun gəlmədikləri iddiası ilə 12 Çin müəssisəsini sanksiya siyahısına daxil etdiklərini bildirib.

 

Çinin Ticarət Nazirliyinin sözçüsü Su Yutinq bu gün paytaxt Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Çinə qarşı qeyd olunan sanksiyalar siyahısı Çin və ABŞ prezidentləri arasında əldə olunan konsensusa ziddir və iki ölkəyə, hətta qlobal sənaye və tədarük zəncirlərinə zərər vuracağını və qlobal iqtisadiyyatın bərpasına mane olacağını vurğulayıb.

 

Mətbuat katibi Su Yutinq ABŞ tərəfinin milli təhlükəsizlik anlayışını ümumiləşdirdiyinə və sanksiya alətindən təsadüfi istifadə etdiyinə diqqət çəkərək, bu təşəbbüslərin faktlara əsaslanmadığını və şəffaf olmadığını bildirib.

 

Çin tərəfinin ABŞ-ın təşəbbüsünə şiddətlə etiraz etdiyini vurğulayan Su ABŞ barədə ciddi təşəbbüslər göstərəcəklərini bildirib.




Mənbə: CRI Oxunub: 93 dəfə; Tarix: 2021-11-25 16:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!