İran yük maşınlarının Qarabağa girişini qadağan etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Magistral Nəqliyyat və Nəzarət Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi qərarda iranlı sürücülərin və vətəndaşların Azərbaycan Respublikasının Qarabağ və Laçın bölgələrinə girməsinin qadağan edildiyi bildirilib.

 

Qərara əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən daşıma sənədlərinin verilməsi qadağandır.

 

Azərbaycan Qafan-Gorus marşrutunun təxminən 20 kilometrini nəzarət altına aldıqdan sonra bu yol üzərində nəzarət-buraxılış məntəqələri quraraq Ermənistana yük daşıyan iranlı sürücülərdən vergi almağa başlamışdı.




Mənbə: Mehr Oxunub: 436 dəfə; Tarix: 2021-10-20 16:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!