İsrail növbəti dəfə Suriya ərazisinə hücum edib


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gecə İsrail rejimi hərbi aviasiyası Suriya ərazisinə növbəti dəfə hücum edib.

 

Bu barədə Suriya mətbuatı məlumat verib.

 

Məlumata əsasən, ötən gecə 23:34 radələrində İsrail hərbi aviasiyası Suriyanın cənubunda yerləşən Palmira şəhərinin ətrafında yerləşən radio rabitə qovşağı və suriyalı hərbçilərin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində azı 1 suriyalı hərbçi ölüb, 3-ü isə yaralanıb.

 

İsrail rejimi aviasiyasının ABŞ-ın nəzarətində olan Ət-Tənf əraizisi üzərindən hücuma keçdiyi qeyd edilir.

 

Xatırladaq ki, bir neçə gün öncə adıçəkilən ərazidən İsrail qüvvələri Homs vilayətində yerləşən “T-4” hərbi hava bazası ərazisinə hücum etmişdi.




Mənbə: SANA Oxunub: 207 dəfə; Tarix: 2021-10-14 09:14
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!