Yəmənli qüvvələr Məaribdə irəliləyir - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Milli Azadlıq Hökumətinin qüvvələrinin Məaribdə irəliləməsini davam etdirdiyi bildirilir.

 

Bu baxımdan Yəmənin Milli Azadlıq Hökumətinin qüvvələri Məarib şəhərinin cənubundakı bəzi kəndlərdə nəzarəti ələ keçirməyi bacarıblar.

 

Əl-Cübah bölgəsindəki iki kəndini nəzarətə götürdükdən sonra Yəmən qoşunları əl-Cubahın şərq hissələrinə tərəf irəliləməyə davam ediblər.

 

Bəzi mənbələr Səna qüvvələri ilə keçmiş hökumət qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini də bildirib.

 

Qarşıdurmaların böyüməsiylə keçmiş hökumət BMT-dən Səna qüvvələrinin irəliləməsinin qarşısını almasını istəyib.

 

Keçmiş hökumətin xarici işlər naziri dünən BMT-ni Məarib mühasirəsini aradan qaldırmaq üçün "təcili addımlar atmağa" çağırıb.

 

Son 23 saat ərzində Yəmən ordusu və xalq qüvvələri ilə keçmiş hökumət qüvvələri arasında Məaribin cənubundakı Abdiyə şəhərində qarşıdurma meydana gəldiyi və bu qarşıdurmada çox sayda insanın öldüyü bildirilib.

 

"Al-Masirah" telekanalı da son 24 saat ərzində Səudiyyə koalisiya təyyarələrinin əl-Abdiyə bölgəsinə 50 dəfə hücum edərək bölgəyə böyük ziyan vurduğunu açıqlanıb.

 

Yəmən ordusu və xalq komitələri 19 gündür ki, Məarib şəhərinin cənubundan şimala tərəf irəliləyərək bu şəhəri mühasirəyə alıb.

 

Mənsur Hadiyə bağlı hərbi və siyasi vəzifəli şəxslərin açıqlamaları isə bu qüvvələrin yaxşı vəziyyətdə olmadığını və Səna qüvvələrinin davamlı hücumları ilə müdafiə xətlərinin qırıla biləcəyini göstərir.

 

Keçmiş hökumət nazirlərindən Yasər Raini oktyabrın 11-i atdığı tvitdə Məarib şəhərinə kömək etmək üçün pulun və silahın iki yolunun olduğunu söyləmişdi.

 

Neftlə zəngin Məarib şəhərindəki hadisələr Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu şəhərin "Ənsarullah" və Milli Azadlıq Hökuməti qüvvələrinin əlinə keçə biləcəyi ilə bağlı xəbərdarlıq etməsinə səbəb olub.

 

MKİ-yə bağlı "Jamestown" təşkilatı Məarib şəhərinin süqutunun Mənsur Hadi və rəhbərliyinin regional və beynəlxalq legitimliyinin dərinləşməsinə səbəb ola biləcəyini bildirib.




Mənbə: Tasnim Oxunub: 26 dəfə; Tarix: 2021-10-13 12:12
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!