"New York Times": ABŞ "Hizbullah"a məğlub oldu - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, "New York Times" "Hizbullah" təşkilatının Livana yanacaq tədarükündə ABŞ-ın məğlubiyyətini təhlil edib.

 

"New York Times" nəşr etdiyi məqalədə "Hizbullah"ın Livanda milli xilaskar rolunu oynayaraq ABŞ-ı məğlub etdiyini etiraf edib.

 

Bu ABŞ qəzeti məqaləsində ABŞ-ın məğlubiyyətini təhlil edərək, "Hizbullah"ın ABŞ-la təqabətdə qalib gəldiyini yazıb.

 

"New York Times"da dərc olunan məqalədə aşağıdakı ifadələr yer alıb:

 

"Hizbullah" cümə axşamı günü Suriya sərhədindən bir milyon qallon dizel yanacağı idxal etdiyini açıqladı.

 

Livanlılar bir tərəfdən ABŞ-ı qəzəbləndirərək, digər tərəfdən də yanacaq çatışmazlığından az qala iflic olan bir ölkənin mühüm ehtiyaclarının ödənilməsini bayram edib.

 

Livan tarixin ən pis iqtisadi çöküşlərindən birini yaşadığı vaxtda "Hizbullah" milli xilaskar olaraq meydana çıxmağı və Livan hökumətinin və qərbli tərəfdaşlarının uğursuz olduğu bir bölgəyə girməyi bacardı.

 

Yanacaq yük maşınları Livana girərkən "Hizbullah" tərəfdarları küçələrdə sıraya düzülərək, "Hizbullah"ın bayraqlarını dalğalandıraraq, qəhrəmanlıq mahnıları oxuyub, konfet paylayıb, hər küncü işıqlandıblar.

 

"Hizbullah" rəsmiləri bunun ölkəyə daxil olan ilk 13 milyon qallon yanacaq olduğunu söylədilər və bu məsələ, bir tərəfdən Livandakı böhranın şiddətini, digər tərəfdən də hökumətin böhranı həll edə bilmədiyini göstərir.

 

İrandan neft almaq ABŞ sanksiyalarını pozur, amma amerikalıların problemi həll edib-etməyəcəyi bəlli deyil.

 

Bundan əlavə, ABŞ "Hizbullah"ı terror təşkilatı elan etdi və "Hizbullah" faktiki olaraq Vaşinqtonun sanksiyalarına tabedir.

 

Bu hərəkat Livan hökumətinin bir hissəsi olsa da, müstəqil fəaliyyət göstərirmiş kimi görünür.

 

ABŞ-ın Livandakı Səfirliyi cümə axşamı günü şərh verməkdən imtina etsə də, ABŞ-ın Livandakı səfiri Doroti Şi bu yaxınlarda "Al-Arabiyə English" kanalına "Ehtiyacı olan bir xəstəxanaya yanacaq verən birinə qarşı heç kimin qılınc çəkəcəyini düşünmürəm", - deyib".

 

"New York Times" yanacaq yük maşınlarının sərhəd patrulları və ya yoxlamaları ilə üzləşmədən Livana gəlişinə işarə edərək, təqaüdçü bir livanlı komandirdən belə nəql edir:

 

"Ölkə ciddi bir böhran içərisindədir və hökumət yük maşınlarının qanuni və ya qeyri-qanuni yollarla idxal edilməsinə əhəmiyyət vermir. Fövqəladə bir vəziyyətdəyik".

 

"New York Times", həmçinin bunları yazıb:

 

"Yanacaq böhranı "Hizbullah" və müttəfiqləri arasında Livan xalqının ağrılarını daha tez kimin yüngülləşdirə biləcəyi barədə ABŞ-a qarşı mübarizəni göstərdi.

 

Bu, "Hizbullah"ın qazandığı yarışdır, ən azından bu gün üçün.

 

"Hizbullah" Livandakı iqtisadi böhranda ABŞ-ı günahlandırır və bu ölkəni Livanı mühasirəyə almaqda günahlandırır.

 

İndi Livana yanacaq tankerlərinin gəlişi ilə "Hizbullah"ın qəhrəmanlıqla "Amerika mühasirəsini qırmaq" şüarının livanlılar tərəfindən qəbul ediləcəyi görünür".




Mənbə: New York Times Oxunub: 177 dəfə; Tarix: 2021-09-18 15:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!