Əfqanıstana 1,1 milyard dollarlıq yardım ediləcək


Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonyo Quterreş Əfqanıstan ilə bağlı açıqlama verib.

 

O, verdiyi açıqlamada vurğulayıb ki, İsveçrənin Cenevrə şəhərində Əfqanıstan ilə bağlı keçirilən iclasda 1,1 milyard dollar yardım ediləcəyi sözü verilib.

 

"Bu iclas Əfqanıstan xalqı ilə həmrəylik ilə bağlı müsbət reaksiya oldu. Ediləcək yardım Əfqanıstanda humanitar böhranın aradan qaldırılmasına xərclənəcək", - deyə Antonyo Quterreş diqqətə çatdırıb.

 

Baş Katib qeyd edib ki, iclasa yarısı nazir səviyyəsində olmaqla, 96 ölkədən dövlət rəsmiləri qatılıblar.




Mənbə: Türk mediası Oxunub: 31 dəfə; Tarix: 2021-09-14 12:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!