ABŞ Əfqanıstana aviazərbələr endirdi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ hərbçiləri Əfqanıstanın şərqində yerləşən Nənqarhar vilayətinə PUA-lardan zərbələr endirib. Nəticədə İŞİD terrorçusunun məhv edildiyi bildirilib.

 

Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı məlumat verib.

 

ABŞ Silahlı Qüvvələri İŞİD üzvünə qarşı məsafəli antiterror əməliyyatı keçirib. Nənqarhar vilayətində pilotsuz uçan aparatdan hava zərbəsi endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında heç bir itki yoxdur”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, hava zərbəsi 26 avqust Kabil hava limanı yaxınlığında 13 ABŞ hərbçisinin ölümünə səbəb olan hücumdan sonra baş verib. Eyni zamanda Pentaqon indiki əməliyyatın terror hücumu ilə əlaqəli olub -olmadığını açıqlamayıb.




Mənbə: RİA Oxunub: 620 dəfə; Tarix: 2021-08-28 09:28
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!