Rusiya ABŞ-ı Əfqanıstanda İŞİD ilə əməkdaşlıq etməkdə ittiham etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ABŞ və İŞİD ilə bağlı açıqlama verib.

 

O, verdiyi açıqlamada vurğulayıb ki, Əfqanıstanda ABŞ və İŞİD terrorçu qruplaşması arasında əlaqələrin olması ilə bağlı çoxdandır sübutlar var.

 

"Rusiya bu məlumatı Əfqanıstandakı yerli mənbələrindən və Əfqanıstan hökumətindən alıb. Biz təkzibolunmaz dəlillərə sahibik", - deyə Zamir Kabulov diqqətə çatdırıb.

 

Zamir Kabulov qeyd edib ki, İŞİD hazırda Əfqanıstanın şimalındakı bölgələrdə mülki insanların olduğu kəndləri mühasirəyə alıb.




Mənbə: TASS Oxunub: 205 dəfə; Tarix: 2021-07-21 11:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!