Ermənistanın müdafiə naziri istefa verdi


Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.

 

"Sputnik Armeniya”nın xəbərinə əsasən, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

 

V. Arutyunyan artıq nazirlikdə vida görüşü də keçirib.

 

Qeyd edək ki, V. Arutyunyan 1999-2000-ci illərdə nazir postunu tutub. Sonra siyasi fəaliyyətlə məşğul olub. 2002-ci ildə o zamankı prezident Robert Köçəryan tərəfindən vəzifəsindən alınıb ​​və general-leytenant rütbəsindən məhrum edilib. 2019-cu ildə prezident Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsinə qaytarılıb. O, ötən ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi təyin olunub. Həmin il noyabr ayının sonundan isə müdafiə naziri postunu tuturdu




Mənbə: apa.az Oxunub: 273 dəfə; Tarix: 2021-07-20 17:06
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!