Rusiya tankları Əfqanıstan sərhədi boyu irəlilədi


Eastnews.org-un verdiyi xəbərə görə, Tacikistandakı Rusiya bazasında yerləşən tank qoşunları Əfqanıstan sərhədi boyunca hərəkət edib.

 

Rusiya Müdaifə Nazirliyi rəsmiləri Tacikistandakı 201-ci hərbi bazada yerləşdirilən tank qoşunlarının bir təlim sahəsindən digərinə keçərkən Əfqanıstan sərhədi boyunca 200 kilometr yol qət etdiklərini bildirib.

 

Təlimin bu hissəsi zamanı "T-72" tanklarından ibarət karvanın yol boyu təxribat qruplarına və ya mümkün hava hücumlarına qarşı qorunma tapşırıqlarını yerinə yetirdiyi qeyd edilib.

 

Rusiya ABŞ və müttəfiqlərinin geri çəkildiyi Əfqanıstanla həmsərhəd olan Tacikistanda iyul ayının ortalarından bəri təlimlər keçirir.




Mənbə: Sputnik Oxunub: 339 dəfə; Tarix: 2021-07-20 16:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!