İran Baydenin Tehrana məktub göndərməsi iddiasına cavab verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Hökumətinin sözçüsü Əli Rəbii bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki mövzularla əlaqədar açıqlama verib.

 

Vyana nüvə sazişi danışıqları haqqında Rəbii "Nüvə müzakirələri yeni hökumət tam qurulana qədər təxirə salındı ​​və bundan yeni danışıqlar qrupu cavabdeh olacaq", - deyib.

 

Gündəmdə olan ABŞ ilə məhbus mübadiləsi məsələsinə gəlincə Rəbii "Təəssüf ki, əldə edilən razılaşmanın əksinə olaraq, məhkumların sərbəst buraxılmasının ABŞ hökuməti tərəfindən anlaşılmaz və qəbuledilməz səbəblərdən nüvə danışıqları ilə əlaqələndirildiyi görünür. Fikrimizcə, bu lazımsız və əsassızdır", - deyə ifadə edib.

 

ABŞ Prezidenti Co Baydenin İrana məktub göndərməsi iddialarına cavab olaraq Rəbii bunun spekulyativ xəbər olduğunu bildirib.




Mənbə: Mehr Oxunub: 200 dəfə; Tarix: 2021-07-20 16:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!