"Taliban" 5 ölkə ilə müharibə aparacaq? - Təhlil


Əfqanıstanda "Taliban" hərəkatı ölkənin 174 rayonunda nəzarəti ələ keçirib. Bu açıqlama ilə "Taliban" hərəkatının Moskvada səfərdə olan nümayəndə heyətinin rəhbəri Şahabuddin Delavar çıxış edib. Əfqanıstan ərazisinin 85 faizinin "Taliban" hərəkatının idarəsi altına keçdiyini deyən Şahabuddin Delavar beynəlxalq təşkilatları həmin ərazilərdə işlərini davam etdirməyə çağırıb.

 

Mövcud mənzərə onu göstərir ki, "Taliban" artıq Əfqanıstanın 5 ölkə (Pakistan, Çin, Tacikistan, Türkmənistan, İran) ilə həmsərhəd bölgələrində nəzarəti ələ keçirib. Bu vəziyyət "Taliban"ın gələcəkdə 5 ölkə ilə müharibə aparmaq risklərini ortaya qoyur. Yaxın Şərqdə ABŞ-ın yaratdığı və 20 ildən artıq müddətdə bəslədiyi "Taliban" silahlılarının gələcəkdə hansı addım atacağı böyük maraqla qarşılanır. 

 

Əfqanıstanda hadisələrin müsbət məcraya yan alması və böldəgəd sülhün təmin olunması məqsədilə İran artıq hərəkətə keçib. Belə ki, Əfqanıstanda silahlı qarşıdurmaların başalması və ölkədə mövcud hökumətin nəzarəti itirməsi fonunda İranın paytaxtı Tehran şəhərində sülh konfransı keçirilir. Qatarın paytaxtı Dohada yarımçıq qalan və 7 iyul 2021-ci ildə Tehranda start götürən görüşdə Əfqanıstan hökumətini keçmiş vitse-prezident Məhəmməd Yunus Qanuni Əfqanıstan prezidentinin sülh nümayəndəsi Əbdüssəlam Rəhimi, keçmiş rabitə və mədəniyyət naziri Əbdülkərim Hürrəm, keçmiş nəqliyyat naziri Məhəmmədullah Bataş, "Taliban" hərəkatını isə Şir Məhəmməd Abbas Stanikzanin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

İclasın açılışında çıxış edən İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ Əfqanıstanda məğlub olub və iyirmi il ərzində ölkəyə böyük ziyan vurub. Ölkədə davam edən qarşıdurmanın mənfi nəticələrinə toxunan Zərif, Əfqanıstan danışıqlarının uğurlu həll yolunun həm əhali, həm də siyasi rəhbərlik üçün yeganə çıxış yolu olduğunu önə çəkib.

 

Əslində İranın danışıqlara ev sahibliyi etməsi onu göstərir ki, İslam Respublikası Əfqanıstandakı mövcud münaqişə və böhranı həll etmək üçün tərəflər arasında danışıqlar prosesini təmin etmək niyyətindədir. İran tərəflər arasında barışığı təmin etdikdən sonra Əfqanıstanın hərtərəfli siyasi, iqtisadi və sosial inkişafına töhfə verməyi də düşünür. 

 

İran Əfqanıstandakı mövcud vəziyyətlə əlaqədar bölgə ölkələri ilə də təmaslarını davam etdirir. Tehranda İran Xarici İşlər Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və "Taliban" nümayəndə heyətləri arasında üçtərəfli görüş də keçirilib. Bu görüş zamanı sərhəd təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

 

Əfqanıstan Xarici İşlər Nazirliyi Tehran danışıqlarını alqışlayıb və rəsmi Tehranı sülh prosesindəki səylərinə görə təqdir edib. Eyni zamanda "Taliban" sözçüsü Zəbihullah Mücahid də Tehrandakı danışıqlara müsbət baxıb. O qeyd edib ki, Tehran görüşü zamanı qaçqınlar və sərhəd məsələləri ilə yanaşı Əfqanıstandakı və bölgədəki sülh məsələləri müzakirə olunur.

 

Bu arada "Taliban" rəsmilərinin İranda Ali rəhbər Seyid Əli Xamenei ilə də görüşəcəyi bildirilir. Yaxın Şərqdə sülhün təminatçısı olan Ayətullah Xamenei ilə danışıqların aparılması Əfqanıstanın gələcəyi baxımdan olduqca vacibdir. "Taliban" rəsmilərinin bundan əvvəl də Tehranda danışıqlar aparması və İranın Əfqanıstanın əsas və strateji qonşulardan biri olmasını nəzərə alsaq, Ali rəhbərlə görüşün Əfqanıstanda sülhün təmin olunması baxımından vacib rol oynayacaq. 

 

Yaxın Şərqdə İranın bir çox ölkədə müqavimət hərəkatlarını dəstəkləməsi, imperialist ölkələrə qarşı çıxması və sülhün əldə olunmasında öz töhfəsini verməsi Əfqanıstanda tətbiq oluna bilər. Bunun üçün "Taliban" rəsmilərinin ABŞ və müttəfiqlərinin göstərişlərini yerinə yetirməməsi, əfqan xalqının mənafeini düşünməsi və silahlı münaqişələrə son qoyması gərəkdir.

 

Əli Xəzəri




Mənbə: Eastnews.org Oxunub: 1205 dəfə; Tarix: 2021-07-10 10:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!