Qərbi qoruxya salan Rusiyanın sualtı qayığı Sunami yarada bilir - Analiz


Qara dənizdə İngiltərə hərbi donanması ilə Rusiya arasında baş verən gərginlikdən sonra rəsmi Moskva Qərbi narahat edəcək daha bir addım atıb. Son 30 ildə istehsal olunan ən böyük "Belqorod" sualtı gəmisini nümayiş etdirən Rusiya NATO-ya gözdağı verib. 

 

6 nüvə silahı ilə təchiz edilmiş sualtı qayıq döyüş, kəşfiyyat aparmaqla yanaşı, dənizdə sunami yaratmaq gücünə də malikdir. Təxminən 185 metr uzunluğunda olan sualtı qayıqda nüvə başlıqlı sualtı pilotsuz torpedaları da var.

 

Təxminən 15 min tonluq döyüş torpedalarının dəniz sahillərində sunami təsiri yarada biləcək gücə malikdir. Sualtı qayıq İkinci Dünya Müharibəsi dövründə Xirosimaya atılan atom bombasından 130 qat daha ölümcül başlığa sahibdir.

 

Qeyd edək ki, "Poseydon" nüvə torpedalarını daşıyan "Belqorod" sualtı qayığı İngiltərə mətbuatında "Qiyamət Günü" silahı kimi təqdim olunur. İnşaası 2019-cu ilin aprelində başa çatan "Belqorod" bu həftə dəniz sualarına buraxılıb. 

 

"Poseydon" daşıyıcısının əsas mənzili Sakit okean donanmasının bazalarından biri olacaq. Buna baxmayaraq, eksperimental qayıq Dünya okeanının istənilən nöqtəsində tapşırıqları yerinə yetirməyə qadir olacaq. Rusiyanın qüvvədə olan 2027-ci ilə qədər dövlət silahlanma proqramına əsasən, üç ədəd bu tipli ASQ-nin inşası planlaşdırılır.

 

Sualtı qayığın özülünü təşkil edən "Poseydon"lar nüvə hücumunun qarşısının alınması istiqamətində çox ciddi silahdır. Belə ki, nüvə enerji qurğusu ilə təchiz olunmuş strateji qitələrarası aparatı 1000 m dərinlikdə 100 düyün sürətlə (185 km\saatdan artıq) 10 min km məsafə qət etməyə qadirdir. Bu "inanılmaz" göstəricilər sınaqlarla sübut olunub. 

 

Rusiya Müdafiə Nazirliyinin istehsalı olan "Poseydon" mümkün düşmənin hazırda mövcud olan və perspektiv submarina, torpedo və raketləri üçün əlçatmaz dərinliklərdə və sürətlə hərəkət etməyə qadirdir. Okean sularında bu cür torpedonu axtarıb tapmaq asan deyil. Çünki aşağı sürətlə torpedo, demək olar ki, səssiz hərəkət edir (hətta hidroakustik qurğular onu aşkar etsə belə, düşmənin pilotsuz aparatı vurmaq imkanı yoxdur).

 

Əli Xəzəri




Mənbə: Eastnews.org Oxunub: 666 dəfə; Tarix: 2021-06-28 09:26
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!