İsveçrənin İrandakı səfirliyinin katibi binadan yıxılaraq ölüb


Eastnews.org-un verdiyi xəbərə görə, İsveçrənin İrandakı səfirliyinin 1-ci katibi Tehranda Kamraniyyə məntəqəsində hündürmərtəbəli binadan yıxılaraq ölüb.

 

Bu barədə İSNA agentliyi məlumat yayıb.

 

Məlumata görə, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi bildirib ki, İsveçrə səfirliyinin xanım diplomatının ölümünün intihar, qətl və ya bədbəxt hadisə olduğu hələ bəlli deyil. Diplomat binanın 18-ci mərtəbəsində yaşayırmış.

 

İsveçrə səfirliyi hələ bu barədə məlumat verməyib.


Qeyd edək ki, İsveçrənin İrandakı səfirliyi ABŞ-ın İrandakı diplomatik mənafeyini də qoruyur.




Mənbə: İSNA Oxunub: 130 dəfə; Tarix: 2021-05-04 13:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!