Qırğızıstan Tacikistanı beynəlxalq sazişləri pozmaqda ittiham etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Qırğızıstanın Baş Prokurorluğu Tacikistanı iki dövlətin sərhədində silahlı konfliktin gedişatında bir sıra beynəlxalq razılaşmaları pozmaqda ittiham edib.

 

Prokurorluq hücum faktları və digər cinayətlər barədə cinayət işi açıb. Rəsmi Bişkek Tacikstanın aprelin 29-da Batken bölgəsində quldur birləşmələri və nizami qoşunların Qırğızıstan Respublikasının sərhədlərinə xaincəsinə hücum etdiyini bildirib.

 

Hücumun mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirildiyi bildirilir.

 

Prokurorluğun məlumatına görə, Tacikistan BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini pozub. Qırğızıstan eyni zamanda MDB-nin 1991-ci ildə yaradılması haqqında razılaşmanı, Qırğızıstan və Tacikistan Respublikası arasında 1996-cı ilin dövlətlərarası münasibətlərinin əsasları haqqında müqavilələri, habelə digər razılaşmarı pozmaqda ittiham edib.




Mənbə: Report Oxunub: 176 dəfə; Tarix: 2021-05-04 13:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!