Kolumbiyada etiraz aksiyaları zamanı 846 nəfər yaralanıb


Eastnews.org-un verdiyi xəbərə görə, Kolumbiyada hökumətin vergi islahatlarına qarşı bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 431 nəfər saxlanılıb.

 

Bu barədə ölkənin Milli Müdafiə naziri Dieqo Molano “Twitter” səhifəsində yazıb.

 

Nazir etiraz aksiyaları zamanı 540 polis məmuru da daxil olmaqla, 846 nəfərin yaralandığını vurğulayıb.

 

Qeyd edək ki, etiraz aksiyaları paytaxt Boqota daxil olmaqla, Cali, Medellin və digər şəhərlərdə qeydə alınıb. Hökumət islahatı dəyişdirməyə razı olsa da, etirazlar davam edib.




Mənbə: APA Oxunub: 148 dəfə; Tarix: 2021-05-04 12:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!