Türkiyənin Milli Müdafiə naziri, Baş Qərargah rəisi və Kəşfiyyat rəhbəri Liviyaya yollandı


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Milli Kəşfiyyat Xidməti rəhbəri Hakan Fidan Liviyanın paytaxtı Tripoli şəhərinə rəsmi səfər reallaşdırıb.

 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda vurğulanır ki, baş tutan səfər zamanı iki tərəfli münasibətilər, qarşılıqlı əlaqələr, hərbi əməkdaşlıq məsələləri və terrorçuluq ilə mübarizə müzakirə olunacaq.

 

Bundan əlavə, bölgədəki iki hökumətli vəziyyətin də tez bir zamanda bitməsi üçün Türkiyənin əlindən gələni edəcəyi də məlumatda qeyd edilir.




Mənbə: AA Oxunub: 70 dəfə; Tarix: 2021-05-04 11:07
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!