Ermənistan parlamenti Paşinyanın namizədliyini rədd etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan parlamenti Nikol Paşinyanın ölkənin baş naziri vəzifəsinə namizədliyini rədd edib.

 

Beləliklə, Milli Məclisin ləğvi proseduru başlayıb - rəsmi olaraq bu mexanizm baş nazirin istefasından sonra işə salına bilər.

 

Deputatlar iki həftədə iki dəfə hökumət başçısını seçməsə, parlament buraxılacaq. Paşinyanın bundan əvvəl açıqlama vermişdi ki, bunun üçün hakim "Mənim addımım" fraksiyası onun namizədliyini irəli sürəcək və hər iki dəfə də onu dəstəkləməyəcəklər.

 

Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə növbədənkənar seçkilər Milli Məclis ləğv edildikdən 30 gündən tez və 45 gündən gec olmayaraq həyata keçirilə bilər.

 

Səsvermənin baş tutması üçün Paşinyan istefa vermişdi. O, seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsini davam etdirmişdi.




Mənbə: RİA Oxunub: 429 dəfə; Tarix: 2021-05-03 16:10
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!