Cavad Zərif qalmaqallı səs yazısına görə üzr istədi: "Çox təəssüf edirəm"


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ali lideri Ayətullah Xameneinin ölkənin XİN rəhbəri Cavad Zərifin müsahibəsinə iradından sonra Cavad Zərif "İnstaqram" səhifəsində paylaşım edərək, üzr istəyib:


"Şəxsi nəzərlərimin rəhbərin narahatlığına səbəb olduğu üçün çox təəssüf edirəm. Bundan sonra mən və əməkdaşlarım Ali liderin göstərişlərinin yerinə yetirilməsində səyimizi daha da artıracağıq. Rəhbərin göstərişlərinə itaət etmək zərurətdir".


Qeyd edək ki, Cavad Zərifin İranın Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinə müsahibəsini Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi “İran İnternational” telekanalı əldə etmişdi. İrana rəsmiləri sözügedən müsahibənin oğurlandığını bildiriblər.




Mənbə: Tasnim Oxunub: 466 dəfə; Tarix: 2021-05-03 12:28
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!