İmran Xan Səudiyyənin İran mövqeyinə münasibət bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Pakistan Baş Naziri İmran Xan "Tvitter" sosial şəbəkəsindəki hesabında Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın İranla bağlı açıqlamasını müsbət qarşıladığını bildirib.

 

İmran Xanın paylaşımında "Səudiyyə Ərəbistanının İranla sülh yaratmaq səylərini alqışlayırıq. İran bizim qonşumuzdur və Səudiyyə Ərəbistanı da ən yaxın dostumuzdur. Bu sülh təşəbbüsü müsəlmanları gücləndirəcək", - deyə qeyd edib.

 

İbn Salman dünən Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalına verdiyi müsahibəsində "İran qonşu dövlətdir və biz onunla yaxşı və xüsusi münasibətlər qurmaq istəyirik", - ifadələrini səsləndirmişdi.




Mənbə: Mehr Oxunub: 567 dəfə; Tarix: 2021-04-29 12:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!