Polad Həşimovun ailəsinə "General Qasim Süleymani" medalı təqdim olunub - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri və Ali lideri Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edib.

 

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Tvitter" səhifəsində paylaşım edib.

 

Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali liderin Azərbaycan üzrə nümayəndəsi Seyid Əli Əkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olublar.

 

"Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik", - deyə İran səfiri bildirib.

 




Mənbə: Eastnews.org Oxunub: 4335 dəfə; Tarix: 2021-04-28 21:24
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!