Fransada qapadılan məscid yenidən ibadətə açılır


Eastnews.org-un verdiyi xəbərə görə, Fransada müəllim Samul Pattinin öldürülməsindən sonra qapadılan Pantin məscidi yenidən fəaliyyətə başlayacaq.

 

Bildirilib ki, hökumət rəsmiləri dəyişdirilən məscid rəhbərliyi ilə danışıqlardan sonra razılığa gəliblər.

 

Məscidin rəsmi olaraq 9 aprel tarixində ibadətə açılacağı bildirilir.

 

Xatırladaq ki, məscidin rəhbərliyində təmsil olunan Məhəmməd Hannih müəllimin həzrəti Məhəmməd əleyhinə dərsdə uşaqlara karikatura göstərməsinə etiraz olaraq sosial şəbəkə hesabında etiraz videosu paylaşmışdı.

 

Bundan sonra Fransa hökuməti məscidin 6 ay qapadılmasına qərar vermişdi.

 

Məhkəmə orqanları etirazlara baxmayaraq, qərarı qüvvədə saxlamışdı.

 

Məhəmməd Hannih də bu ilin 16 mart tarixində məscid rəhbərliyindən istefa verdiyini bəyan etmişdi.




Mənbə: France 24 Oxunub: 78 dəfə; Tarix: 2021-04-07 14:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!