Fransa İraqın sabiq baş nazirini məhkəməyə verdi


Eastnews.org-un verdiyi xəbərə görə, Fransa məhkəmə orqanları İraqın keçmiş baş naziri Adil Əbdül Mehdiyə qarşı insanlıq əleyhinə cinayət və işgəncə ittihamı ilə iddia qaldırıb.

 

Bu barədə "Agence France-Presse" xəbər agentliyinə şikayətçilərin vəkili Cessika Finel məlumat verib.

 

Şikayət Paris Xüsusi Məhkəməsində fəaliyyət göstərən İnsanlığa Qarşı Cinayətlərlə Mübarizə Prokurorluğuna göndərilib.

 

Söhbət 2019-cu ilin oktyabrında İraqda başlayan hadisələrdən - əhalinin korrupsiyaya qarşı güclü etirazlarından gedir. Rəsmi İraq məlumatlarına görə, hadisələr zamanı 600 nümayişçi öldürülüb və 30 min nəfər yaralanıb.

 

Beş şikayətçidən yalnız biri ağır yaralandığı sözügedən hadisələrin həqiqi iştirakçısıdır. Qalanları itkin düşən iraqlı ilə yanaşı, aldığı yaralardan ölən daha üç nəfərin qohumlarıdır.




Mənbə: TASS Oxunub: 104 dəfə; Tarix: 2021-04-07 10:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!