Süveyş kanalında daha bir gəmi saya oturdu
Eastnews.org-un verdiyi xəbərə görə, Süveyş kanalının cənubunda tanker saya oturub.
İnsidentə baxmayaraq, "Minerva Nike" tankeri qısa müddət ərzində xilas edilib.
Süveyş kanalında hərəkətə ciddi fəsad yaranmayıb. Qeyd olunur ki, insident zamanı yaxınlıqda minimum iki gəmi olub.
Xatırladaq ki, ötən ay Süveyş kanalında 400 metr uzunluğunda konteyner gəmisi saya oturmuş, nəticədə bir həftəyə yaxın kanalda hərəkət iflic olmuşdu.
Mənbə: Trend
Oxunub: 95 dəfə;
Tarix: 2021-04-06 20:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.