İranda koronavirus əleyhinə 2-ci peyvəndin sınağı keçirilib - Video


Eastnews.org-un verdiyi xəbərə görə, İran koronavirusa qarşı hazırladığı 2-ci yerli peyvəndi "Razi Cov Pars"ın insan üzərində ilk sınağını keçirib.

 

90 ildir İranda serum və peyvənd istehsal edən "Razi" qurumu tərəfindən hazırlanan "Cov Pars"ın insan üzərində ilk yoxlanışı Tehranda Kənd Təsərrüfatı naziri Kazim Həvazinin iştirakı ilə edilib.

 

"Razi" qurumunun rəhbəri Əli İshaqi bu gün 2 nəfərlə başlayan sınağın ilkin mərhələsində peyvəndin 133 könüllüyə vurulacağını və ilk dozadan sonra bədənə vurulacaq ikinci dozanın 21 gün sonra veriləcəyini, burundan verilən dozanın isə 51 gün sonra tətbiq olunacağını söyləyib.






Mənbə: TRT Haber, Mehr Oxunub: 190 dəfə; Tarix: 2021-02-28 20:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!