İraq XİN rəhbəri İrana qəfil səfər etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Tehrana gələn İraq Xarici İşlər naziri Fuad Hüseyn ilə görüşüb.

 

Tehrana gözlənilməz səfər edən İraq Xarici İşlər naziri Hüseyn ilk olaraq İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şamxani ilə görüşüb.

 

İki ölkə arasındakı vacib məsələləri müzakirə etmək üçün Tehranda olan Fuad Hüseynin digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşməsi gözlənilir.

 

İraq Xarici İşlər naziri Hüseyn bu ayın ilk həftəsində Tehrana rəsmi səfər etmişdi. Tehrandakı danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə edilmişdi.




Mənbə: Mehr Oxunub: 149 dəfə; Tarix: 2021-02-27 15:07
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!