ABŞ 10 İŞİD terrorçusunu Suriyadakı bazasına köçürüb
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ qüvvələri 10 İŞİD terrorçusunu Suriyanın şimalındakı bir həbsxanadan Suriyanın cənubundakı Tanf bazasına köçürüb.
Suriyanın Hasaka vilayətindəki yerli mənbələr ABŞ hərbi maşınlarının 10 İŞİD terrorçusunu kürd yaraqlıların nəzarətindəki bir həbsxanaya apardıqlarını bildirib.
Rəsmi Suriya Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Amerika zirehli maşınları helikopterlərin dəstəyilə terrorçuları Hasakadakı Tanouyə əs-Sanaiyə həbsxanasından Şadadi bölgəsindəki hərbi bazaya köçürüb.
Şadadi bazasına girdikdən sonra İŞİD terrorçuları Tanf hərbi bazasına köçməyə hazırlaşmaq üçün tam nəzarət altındadır. Suriyalı mənbələr ABŞ-ın İŞİD terrorçularını Suriya ordusuna, mülki insanlara və həyati əhəmiyyət daşıyan mərkəzlərə hücum etmək üçün istifadə etmək niyyətində olduğunu da bildirib.
Mənbə: SANA
Oxunub: 67 dəfə;
Tarix: 2021-02-26 13:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.