Seyid Əmmar əl-Həkim Papa 2-ci Fransisin səfərini səbirsizliklə gözlədiklərini qeyd etdi
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Milli Hikmət Hərəkatı"nın sədri Seyid Əmmar əl-Həkim Roma Papası 2-ci Fransisin İraqa rəsmi səfərinə münasibət bildirib.
O, bu barədə jurnalistlərə açıqlamasında fikirlərini bölüşüb.
Seyid Əmmar əl-Həkim açıqlamasında qeyd edib ki, Papa 2-ci Fransis Ayətullah Seyid Əli Sistani ilə görüşərək İraqdakı məzhəblərarası problemlərin olmadığını göstərəcək.
"Bu tarixi görüşü müqəddəs Nəcəf və Vatikanın müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında əlaqələrin qurulmasında rolunu gücləndirəcək xüsusi bir hadisə hesab edirik. Görüşü səbirsizliklə gözləyirik", - deyə Seyid Əmmar əl-Həkim qeyd edib.
Mənbə: AlAlam
Oxunub: 31 dəfə;
Tarix: 2021-02-23 19:45
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.