Gürcüstanın baş naziri siyasi qüvvələri dialoqa çağırıb


Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə baş verənlərlə bağlı danışıb.

 

“Gürcüstana dəyər verən bütün siyasi qüvvələri əsl dialoqa başlamağa çağırıram”, - İrakli Qaribaşvili diqqətə çatdırıb.

 

O qeyd edib ki, ölkənin qarşısında duran çağırışlar fonunda qarşıdurmanın deyil, dialoqun zamanıdır: “Bütün sağlamfikirli müxalif qüvvələri parlamentə daxil olmağa və qanunverici orqanı müzakirələr üçün əsas meydança kimi istifadə etməyi təklif edirəm. Ötən gün dediyim kimi, biz, istənilən vaxt və formatda əsl dialoqa hazırıq”.

 

İ.Qaribaşvilinin sözlərinə görə, bütün siyasi qüvvələr Gürcüstan dövlətçiliyi və müstəqilliyinin, demokratik quruluşun möhkəmləndirilməsi, iqtisadi və sosial problemlərin həlli, Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasının qayğısına qalmalıdır: “Vətənimiz vaxt itirməməlidir. Bu gün bölünmə deyil, birləşmək vaxtıdır”.




Mənbə: Report Oxunub: 35 dəfə; Tarix: 2021-02-23 19:12
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!