Avropa İttifaqı arakan müsəlmanlarına yardım ayırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Komissiyası məcburi köçkün, münaqişədən təsirlənən və yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbilə vəziyyətləri daha da pisləşən arakanlı müsəlman qaçqınlara humanitar yardımın veriləcəyini açıqlayıb.

 

Açıqlamada arakan müsəlmanlarının qida, sığınacaq, təhsil və səhiyyə kimi sahələrdə qeyri-hökumət təşkilatları vasitəsilə istifadəsi üçün Banqladeşə 24,5 milyon avro, Myanmaya 11,5 milyon avro pul ayırıldığı və həmçinin arakan müsəlmanlarının təhlükəsizlik ehtiyacları üçün də 3 milyon avro ayırıldığı bildirilib.

 

Açıqlamada Aİ-nin Rohinca böhranı səbəbilə 2020-ci ildə Banqladeşə 39,8 milyon avro humanitar yardım verdiyi xatırladılıb.




Mənbə: AA Oxunub: 33 dəfə; Tarix: 2021-02-23 16:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!