Aİ rəsmisi nüvə razılaşması ilə bağlı açıqlama verdi
Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı Xarici Siyasət komissarı Cozef Borrell nüvə razılaşması ilə bağlı açıqlama verib.
O, açıqlamasında bildirib ki, İranla əldə olunan nüvə razılaşmasının yenidən işə düşməsi üçün cəhdlər həyata keçirilir.
"Bu günlərdə nüvə razılaşması ilə bağlı yaxşı xəbərlər eşidəcəyimizə ümid edirəm. Bunun üçün bütün tərəflərdən müsbət addımlar gözləyirik", - deyə Cozef Borrell diqqətə çatdırıb.
Cozef Borrell qeyd edib ki, İran Atom Enerjisi Agentliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əldə olunan razılaşma da təqdirə layiqdir.
Mənbə: Euronews
Oxunub: 48 dəfə;
Tarix: 2021-02-23 14:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.