Pekin Kanada parlamentinin təklifini pislədi


Eastnews.org-un verdiyi xəbərə görə, rəsmi Pekin Kanada parlamentinin Çinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı qəbul etdiyi təklifi pisləyib.

 

Çin Mərkəzi Televiziyası xəbər verir ki, Çinin Kanadadakı səfirliyi bəyanat yayaraq, Kanada parlamentinin İcmalar Palatasının Sincan məsələsi ilə bağlı təklifinə ciddi narazılığını və sərt etirazını ifadə edib. Bəyanatda Sincanla bağlı məsələlərin insan hüquqları, etnik və dini amillərlə əlaqəli olmadığı, bunun zorakılıqla, terrorizmlə və ekstremizmlə mübarizə olduğu vurğulanıb.

 

Qeyd edək ki, Kanada parlamentinin İcmalar Palatası Sincan Uyğur muxtar bölgəsində Çinin uyğur müsəlman azlığına qarşı rəftarını "soyqırımı" kimi göstərən bir təklif qəbul edib.




Mənbə: Azərtac Oxunub: 109 dəfə; Tarix: 2021-02-23 13:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!