Pompeo: "İrana qarşı zəiflik göstərsək, pis bir razılığa gələcəyik"


Eastnews.org-un verdiyi məlumata görə, ABŞ-ın keçmiş dövlət katibi yeni rəhbərliyinin İrana qarşı zəifləyəcəyi təqdirdə pis bir razılığa gedəcəyini söyləyib.

 

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Prezident Co Baydeni İranla bağlı siyasətinə görə tənqid edib.

 

"Newsmax"a verdiyi müsahibədə ABŞ-ın keçmiş dövlət katibi Bayden rəhbərliyinin əvvəlki ABŞ rəhbərliyinin İrana qarşı tətbiq etdiyi təzyiqi kənara qoymaq niyyətində olduğunu iddia edib:

 

"İrana çox təzyiq göstərən bir plan hazırladıq. İranlılar bu hökuməti sınamağa başlayıb. Yoxlamaya icazə verməyəcəklərini bildiriblər. İranlılar bir şeyi başa düşürlər, gücü başa düşürlər. Anlayırlar ki, prezident onlara qarşı real təzyiq göstərməyə hazırdır. Zəifliyimizi göstərsək və nəyin bahasına olursa olsun razılığa gəlməyə hazırıqsa, yenə də həqiqətən pis bir razılığa gələcəyik".




Mənbə: Mehr News Agency Oxunub: 66 dəfə; Tarix: 2021-02-23 12:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!