"Mossad Suriyadakı İŞİD düşərgələrini idarə etməyi öz üzərinə götürüb"


Eastnews.org-un verdiyi məlumata görə, İraqın Diyala əyalətindəki Müsəlman Alimlər Birliyinin rəhbəri Mossad casus təşkilatının İŞİD terrorçularını dəstəkləməsi barədə açıqlama verib.

 

Cabbar Məmuri verdiyi açıqlama zamanı bildirib ki, Mossad təşkilatı İŞİD terrorçularını dəstəkləməyə davam edir: "İndiyə qədər Suriyadakı İŞİD düşərgələri CİA tərəfindən idarə olunurdu, lakin missiya bir neçə ay əvvəl İsrail rejiminin kəşfiyyat agentliyi Mossada təhvil verilib".

 

O, "İŞİD üzərində nəzarət hazırda Mossadın əlindədir. Amerika helikopterlərinə də düşərgələrin təhlükəsizliyini təmin etmək vəzifəsi qoyulub. Ancaq İŞİD-in ABŞ tərəfindən qurulduğunu gözardı etmək olmaz. Suriyada baş verənlər birbaşa İraqa təsir göstərir. Suriya ilə ortaq sərhədini təmin etmədən İraqın təhlükəsizliyini təmin etmək mümkün deyil. Tarmiyə və Səlahəddindəki son hücumlar terrorçuların Suriyadan İraqa sızmasından qaynaqlanıb", - deyib.




Mənbə: Foratnews Oxunub: 200 dəfə; Tarix: 2021-02-23 12:48
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!