Blinken: "İrana qarşı bütün sanksiyalar qüvvədə qalır"


Eastnews.org-un verdiyi məlumata görə, ABŞ Dövlət katibi yeni bir açıqlamasında ölkəsinin İrana qarşı hər hansı bir təsir rıçaqından əl çəkmədiyini və Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvədə qaldığını söyləyib.

 

Antoni Blinken BBC-yə verdiyi müsahibədə Ağ Evin İran İslam Respublikasına qarşı davam edən sanksiyalarına toxunub:

 

"Təzyiq qollarından heç biri kənara atılmayıb, bütün sanksiyalar qüvvədə qalır. Mövcud administrasiyanın siyasəti Tramp administrasiyasından fərqlənmir. Avropalı müttəfiqlərimizlə apardığımız danışıqlarda ortaya çıxan budur ki, bir daha hamımız eyni tərəfdəyik, növbə ilə çox vacib bir yolu tutub bir sıra ortaq hədəflər güdürük. Son illərdə bir nəticə verməyən maksimum təzyiq adlı bir siyasətimiz var. Maksimum təzyiq adlanan bir siyasətimiz var və nəticə verməyib. Əslində işlər daha da pisləşib. İndi ictimaiyyətin yaydığı məlumatlara görə, İranın nüvə silahı yaratmaq üçün kifayət qədər bölünən maddə əldə etməsi üçün daha qısa bir zamana ehtiyac var və bu vaxt bir neçə aya çatıb. Bu arada İran geri çəkilməyib və bölgədə aktiv olub. Deməli, məsələ yaxşılaşmayıb və daha da pisləşib. ABŞ Prezidenti Bayden diplomatiyanın bu məsələlərlə məşğul olmağın ən yaxşı yolu olduğuna, nüvə məsələsini eyni səviyyəyə qaytarmaq və digər sahələrdə İrana təzyiq göstərməyinə inanır. Təzyiq rıçaqlarımızdan heç birini tərk etməmişik. Bütün sanksiyalar qüvvədə qalır".




Mənbə: BBC Oxunub: 54 dəfə; Tarix: 2021-02-23 12:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!