Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirir.
Bu barədə Aİ ölkələri xarici işlər nazirləri iclasından sonra Almaniya XİN rəhbəri Heiko Maas açıqlama verib.
Öz açıqlamasında bildirib ki, Avropa İttifaqı rusiyalı müxalif lider Aleksey Navalnıya qarşı həbsə etiraz olaraq növbəti dəfə sanksiyalar tətbiq edəcək.
"Rusiya ilə münasibətlər həqiqətən pis vəziyyətdədir. Bunu izah etmək üçün başqa kəlmə tapa bilmirəm. Sanksiyalar siyahısını genişləndiririk. Yeni vəzifəli şəxslər sanksiya tətbiq olunanlar siyahısına daxil ediləcəklər", - deyə Heiko Maas diqqətə çatdırıb.
Mənbə: Euronews
Oxunub: 25 dəfə;
Tarix: 2021-02-23 12:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.