İŞİD Yəməndə "Məarib əmirliyi" qurmağa çalışır


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Şurasının üzvü Məhəmməd əl-Fəttah İŞİD terrorçu qruplaşması ilə bağlı açıqlama verib.

 

Məhəmməd əl-Fəttah açıqlamasında bildirib ki, İŞİD Yəmənə hücumların ilk günlərindən etibarən Taiz və Ədən şəhərlərində müxtəlif cinayətlərdə iştirak edib.

 

"Son vaxtlar Yəmənin cənub vilayətlərində ordu qüvvələrinin qarşısını almaq üçün çox sayda Suriyadan gətirilən İŞİD terrorçuları yerləşdirilib. Bu məsələdə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri xüsusi işlər görüblər", - deyə Məhəmməd əl-Fəttah diqqətə çatdırıb.

 

O qeyd edib ki, Yəmənin Məarib şəhərində İŞİD terrorçu qruplaşması əmirlik qurmağa çalışır və terrorçular tərəfindən verilən son açıqlama dünyadakı digər yaraqlıları Yəmənə cəlb etmək məqsədi daşıyır.




Mənbə: AlMasirah Oxunub: 171 dəfə; Tarix: 2021-02-23 11:23
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!