Nazir BMT İnsan Haqları Şurasına çağırış etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Suriya Xarici İşlər naziri Feysəl Miqdad BMT İnsan Haqları Şurasında təşkil olunan onlayn konfransda çıxış edib.
O, çıxışı zamanı vurğulayıb ki, Türkiyə və dəstək verdiyi qruplaşmalar Suriyada bir çox hallarda içməli suyun qarşısını kəsərək, humanitar problemlər yaradırlar.
Nazir terrorçulara qarşı qətiyyətli olacaqlarını və geri addım atmayacaqlarını sözlərinə əlavə edib.
"ABŞ və Avropa İttifaqı vətəndaşlarımızın təməl haqlarını hədəfə alan addımlar atdı. Xalqımıza qarşı aparılan bu mübarizənin dayandırılması üçün İnsan Haqları Şurasına çağırış edirik", - deyə Feysəl Miqdad diqqətə çatdırıb.
Mənbə: SANA
Oxunub: 25 dəfə;
Tarix: 2021-02-23 11:07
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.