Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi
Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.
Məlumata əsasən, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.
İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.
Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.
Mənbə: report.az
Oxunub: 145 dəfə;
Tarix: 2021-02-22 22:03
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.