İranın Ali liderinin hansı ölkələrin peyvəndinə güvəndiyi açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, İranın "Birləşmiş millət" İntellektual və Strateji Araşdırmalar Mərkəzinin prezidenti Fadi əs-Seyyid İranın Ali lideri Ayətullah Əli Xameneinin koronavirus əleyhinə Rusiya və Çin peyvəndlərinə ABŞ peyvəndlərindən daha çox etibar etdiyini söyləyib.

 

Hazırda İranda koronavirusa qarşı peyvənd yoxdur. Bununla yanaşı, ölkə öz dərmanlarını hazırlamaqda irəliləməyə davam edir.

 

İlk peyvənd "Kovo-İran" artıq könüllülərə vurulub və daha bir neçə peyvənd klinik sınaqların başlanmasına hazırdır.

 

Bundan əlavə, İran "COVAX"ın təşəbbüsü ilə 16,8 milyon doza peyvənd alıb, lakin hələ əldə etməyib.




Mənbə: RİA Oxunub: 212 dəfə; Tarix: 2021-01-26 11:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!