Trampın mühakiməsi üçün sənədlər rəsmi olaraq Senata təhvil verildi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məhkəmə işi materialları Senata göndərilib.

 

Trampın 9 fevraldan əvvəl mühakimə olunacağı gözlənilmir.

 

Demokratların 6 yanvarda Konqres basqınından məsul tutduğu və Nümayəndələr Palatasında qəbul edilən ABŞ-ın 45-ci prezidenti Donald Trampın impiçmentini tələb edən "üsyana çağırışı" maddəsi Senat rəsmilərinə simvolik bir mərasimlə təhvil verilib.

 

Sözügedən rəsmi sənəd Senatda keçirilən məhkəmə prosesi zamanı prokuror kimi çıxış edəcək Nümayəndələr Palatasının 9 üzvü tərəfindən müvafiq orqanlara təhvil verilib.

 

Tramp 6 yanvarda Konqresə edilən hücumlarıa görə məsuliyyət daşımaqda və qəsdən üsyan qaldırmaqda günahlandırılır.




Mənbə: TRT Haber Oxunub: 88 dəfə; Tarix: 2021-01-26 10:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!