Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladıldı
Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.
Bu barədə “Tolo News” televiziya kanalı məlumat verib.
Məlumata əsasən, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması ilə həyata keçirilib, bir nəfər yüngül yaralanıb.
Heç bir təşkilat terror aktının məsuliyyətini üzərinə götürməyib.
Mənbə: TASS
Oxunub: 167 dəfə;
Tarix: 2021-01-25 15:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.