Çinin Sahil Mühafizəsinə xarici gəmilərə atəş açmaq səlahiyyəti veriləcək
Eastnews.org-un verdiyi xəbərə görə, Çin Dəniz Polisi (Sahil Təhlükəsizlik) Çinin milli suverenliyini qorumaq üçün 1 fevraldan etibarən xarici gəmilərə atəş açmaq səlahiyyətinə sahib olacaq.
Çinin verdiyi məlumata görə, bu, Çin Dəniz Polisi haqqında qəbul edilmiş qanun səbəbilədir.
Bu qanuna əsasən, şübhəli şəxslərin qanunsuz olaraq silah, döyüş sursatı, dövlət sirrini əks etdirən materialları, narkotik maddələri, digər əşyaları daşıdıqlarını təqdirdə Çin Dəniz Polisi odlu silahdan istifadə edə bilər.
Xarici bir gəmi "Çinin akvatoriyasında qanunsuz iqtisadi fəaliyyət göstərdikdə", əmrlərə tabe olmayanda və yoxlama tələblərinə məhəl qoymayanda da silah istifadəsinə icazə verilir.
Mənbə: TASS
Oxunub: 102 dəfə;
Tarix: 2021-01-25 15:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.