İsrailin BƏƏ-də səfirliyi açıldı
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində yeni səfirliyin fəaliyyətə başlaması ilə əlaqədar yazılı açıqlama yayıb.
Yazılı açıqlamada bildirilir ki, yeni səfirlik Abu Dabi şəhərində fəaliyyət göstərəcək.
Bundan əlavə, səfirliyin daimi iqamətgah tapılana qədər müvəqqəti ofislərdə fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.
Faktı Birləşmiş Ərəb Əmirlikləri hökuməti də təsdiqləyib.
Mənbə: Reuters
Oxunub: 81 dəfə;
Tarix: 2021-01-25 12:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.