"Bayden Rusiya ilə danışıqlara hazırdırsa, Putin bunun qarşılığını verəcək"


Eastnews.org-un verdiyi xəbərə görə, Kremlinin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın yeni rəhbərliyi danışıqlara hazırdırsa, Moskva qarşılıqlı olaraq hazır olacaq.

 

Rusiya prezidentinin sözçüsü "Rossiya 1" telekanalına verdiyi müsahibədə qeyd edib:

 

"Məsələ burasındadır ki, Rusiya ənənəvi və ardıcıl olaraq (ABŞ-la) dostluq münasibətlərinə çağırış edib. Sözdə deyil, əməldə deyirik ki, amerikalıları öz tərəfdaşlarımız kimi görməyə hazırıq. Ancaq onlar hazır deyillər. Bu vəziyyətdə istək məcburi deyil. Əlbətdə ki, danışıqlar apara biləcəyimizi gözləyirik. Mövcud ABŞ rəhbərliyi bu yanaşmaya hazırdırsa, prezidentimizin qarşılıq verəcəyinə şübhə etmirəm".




Mənbə: Mehr News Agency Oxunub: 29 dəfə; Tarix: 2021-01-25 09:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!