"Hizbullah": Bağdaddakı terror hadisələri şübhəlidir


Eastnews.org-un verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatı verdiyi açıqlamada Bağdaddakı terror hücumlarını şübhəli hadisələr kimi dəyərləndirərək qınayıb.

 

"Hizbullah" hərəkatı Bağdadda 32 nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən 2 partlayışa reaksiya göstərərək, aşağıdakı ifadələrə yer verib:

 

"Hizbullah" İraqın paytaxtı Bağdadı hədəf alan və bəzi İraq vətəndaşlarının ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını şiddətlə qınayır.

 

Partlayışların İraq səhnəsinə qayıtması həqiqətən şübhəlidir, xüsusən də xalqın və rəsmi dairələrin İraqdan ABŞ-ın işğalçı qüvvələrinin geri çəkilməsinə dair tələblərinin artması fonunda. ABŞ bu tələblərə İraqı İŞİD-in və digər terrorçuların əlində buraxmaq üçün "Həşd Şəbi"yə və bu təşkilatın əziz komandirlərinə daha çox sanksiya tətbiq edərək cavab verdi.

 

Bu vəhşi cinayətin cavabı İraq xalqının şüuru, birliyi və onların azadlıq və müstəqilliyə bağlılığı və ABŞ işğalına qarşı müxalifətidir".




Mənbə: Rast Haber Oxunub: 1201 dəfə; Tarix: 2021-01-22 11:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!