Türkiyə XİN başçısı: “Ermənistan yeni macəralardan çəkinməlidir”


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qarabağdan danışıb.

 

“Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət üzrə Rusiya ilə Birgə Mərkəz yaratmışıq”.

 

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

 

Nazir qeyd edib ki, bu atəşkəs çox əhəmiyyətlidir və qorunmalıdır: “Bundan sonra erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini və Azərbaycanın işğal altındakı bütün torpaqlarda suverenliyini tanıyacaq qalıcı bir siyasi həllə gedən yolu açmasını gözləyirik. Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.




Mənbə: apa.az Oxunub: 146 dəfə; Tarix: 2021-01-14 14:14
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!