"Ənsarullah" rəsmisi ABŞ-a çağırış etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam ABŞ ilə bağlı danışıb.
Məhəmməd Əbdüssəlam açıqlamasında bildirib ki, ABŞ və müttəfiqləri Yəmənə qarşı aparılan müharibəni dərhal dayandırmalıdırlar.
"Donald Tramp və onu dəstəkləyənlər Yəmən müharibəsinin nəticəsiz yekunlaşdığını görməlidirlər. Yeni gələcək hökumət də bunun fərqində olmalıdır", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ dəstəyinə güvənən Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri artıq məğlub olmağa başlayıb.
Mənbə: AlMasirah
Oxunub: 89 dəfə;
Tarix: 2021-01-14 14:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.