ABŞ Əbu Mehdi əl-Mühəndisin yerinə təyin olunan şəxsi də hədəfə aldı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyi İraqın "Həşd Şabi" hərəkatının hazırkı sədr müavinini də sanksiya tətbiq olunanlar siyahısına əlavə edib.

 

Bu barədə verilən rəsmi açıqlamada vurğulanır.

 

Bildirilir ki, sədr müavini olan Əbu Fədək əl-Məhəmmədavi İŞİD terrorçu qruplaşması ilə əlaqədə ittiham olunub.

 

Xatırladaq ki, "Həşd Şabi" hərəkatı İraqda İŞİD terrorçu qruplaşmasına qarşı yaradılan və əksəriyyətinin də şiələrdən ibarət olduğu müqavimət hərəkatıdır. 

 

ABŞ ötən ilin yanvar ayının əvvəlində həyata keçirdiyi hücum ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadaları komandanı Qasim Süleymani və "Həşd Şabi" hərəkatı sədr müavini Əbu Mehdi əl-Mühəndisi qətlə yetirmişdi.




Mənbə: AlAlam Oxunub: 148 dəfə; Tarix: 2021-01-14 11:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!